Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmayıb

Kolumbiyalı hücumçunun "Neftçi"yə transferi baş tutmayıb Bakı. 20 iyun. REPORT.AZ/ Portuqaliyanın Oliveyrense komandasının futbolçusu Brayan Riaskosun Neftçiyə transferi baş tutmayıb.
Futbol
20 İyun , 2018 12:41
Kolumbiyalı hücumçunun Neftçiyə transferi baş tutmayıb
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Portuqaliyanın "Oliveyrense" komandasının futbolçusu Brayan Riaskosun "Neftçi"yə transferi baş tutmayıb.

Bu barədə "Report"a "ağ-qaralar"ın prezidenti Kamran Quliyev məlumat verib. Onun sözlərinə görə, 24 yaşlı kolumbiyalı hücumçunun keçidi son anda rəsmiləşməyib: "Riaskosla prinsipial razılıq əldə etmişdik. Bu, sirr deyil. Hər şey rəqəmlərədək danışılmışdı. Lakin bir problem çıxdı. Brayanı Primeyraya vəsiqə qazanan "Nasyonal"a dəvət etdilər. Ona görə də "Neftçi"yə gələ bilmədi. Bu, son an məsələsi idi".

Qeyd edək ki, Brayan Riaskos 2017-2018 mövsümündə Portuqaliya Sequndasında 11 dəfə fərqlənib. "Oliveyrense" mövsümü 49 xalla 12-ci pillədə başa vurub. Primeyraya yüksələn "Nasyonal" isə 71 xalla Sequndanın qalibi olub.

Son xəbərlər

Orphus sistemi