Kolumbiyada futbolçu rəqibinə sarı vərəqə göstərib

Kolumbiyada futbolçu rəqibinə sarı vərəqə göstərib Kolumbiya çempionatında "Amerika Kali" və "Alyansa Petrolera" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.
Futbol
11 Dekabr , 2021 11:56
Kolumbiyada futbolçu rəqibinə sarı vərəqə göstərib

Kolumbiya çempionatında "Amerika Kali" və "Alyansa Petrolera" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.

"Report" xəbər verir ki, qarşılaşmanın baş hakimi "Alyansa Petrolera"nın futbolçusuna sarı vərəqə göstərmək istəsə də, buna nail olmayıb.

Digər komandanın müdafiəçisi Marlon Torres isə bundan yararlanıb və rəqibinə sarı vərəqə göstərib. O, dərhal vərəqəni referiyə qaytarıb və oradan uzaqlaşıb. Ədalət təmsilçisi hadisəyə reaksiya verməyib və matç davam edib.

Qeyd edək ki, qarşılaşma "Amerika Kali"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi