"Köln" bir ildən sonra Bundesliqaya qayıdıb

"Köln" bir ildən sonra Bundesliqaya qayıdıb İkinci Bundesliqanın 32-ci tur matçında Köln səfərdə Qroyter Fürt komandasını 4:0 hesabı ilə darmadağın edib.
Futbol
7 May , 2019 05:08
Köln bir ildən sonra Bundesliqaya qayıdıb

İkinci Bundesliqanın 32-ci tur matçında "Köln" səfərdə "Qroyter Fürt" komandasını 4:0 hesabı ilə darmadağın edib.

"Report" xəbər verir ki, bu qələbə "Köln"ə vaxtından əvvəl II Bundesliqanın qalibi olmaq və birinci diviziona vəsiqə qazanmaq şansı verib.

"Köln" çempionatın başa çatmasına iki tur qalmış "Paderborn 07" komandasını 8 xal qabaqlayır.

Beləliklə, "Köln" 2000-ci ildən bu yana artıq 6-cı dəfə Bundesliqaya vəsiqə qazanmış olub ki, bu da Avropanın aparıcı çempionatları arasında bir sinif yuxarı qalxmaq sayına görə rekorddur. Fransanın "Mets" klubunda bu say beşdir.

"Köln" komandası 1948-ci ildə təsis olunub.

Son xəbərlər

Orphus sistemi