Bakı. 18 dekabr. REPORT.AZ/ Mərakeşdə keçirilən futbol üzrə klublararası dünya çempionatının daha bir finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, həlledici görüşdə İspaniya "Real Madrid"inə Argentinanın "San-Lorenso" klubu rəqib olub.
"San-Lorenso" yarımfinalda Yeni Zelandiyanın "Oklend Siti" komandasını məğlub edib. Hesabı ilk yarının 2-ci uzatma dəqiqəsində amerikalılardan Pablo Barryentos açıb. 67-ci dəqiqədə Anxel Berlanqa bərabərlik qolunu vurub. Əlavə vaxtın 3-cü dəqiqəsində isə Mauro Matos qələbə topuna imza atıb.
Qeyd edək ki, final matçı dekabrın 20-də keçiriləcək.