Bakı. 20 dekabr. REPORT.AZ/ Yeni yaradılan Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. Bu barədə "Report"a komitə sədri Tuyqun Nadirov məlumat verib.
Onun sözlərinə görə, iclas dekabrın 22-də Bakıdakı hotellərdən birində saat 15:00-da başlanacaq. T.Nadirov toplantıda müzakirə olunacaq məsələlər barədə indiyədək danışmağı məqsədəuyğun saymayıb. O bildirib ki, gündəlik xeyli məsələ var və iclasdan sonra açıqlamalar veriləcək.
Qeyd edək ki, Klublar Komitəsinin görüşündən iki saat öncə Tuyqun Nadirovla Məşqçilər Komitəsinin üzvləri də bir araya gələcək.