Bakı. 18 fevral. REPORT.AZ/ İngiltərənin "Kardiff Siti" klubunun rəhbərliyi Argentina futbolçusu Emiliano Salanın həlak olması ilə əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.
"Report"un məlumatına görə, bu barədə məlumatlı mənbəyə istinadən
Məlumata görə, Uels klubunda hesab edirlər ki, faciəyə "Nant"ın səhlənkarlığı səbəb olub. Bildirilir ki, əgər fransız klubu təqsirkar tanınmasa, onda Uelsə Salanın transferinin bütün qiymətini ödəmək lazım olmayacaq.
Buna görə Argentina hücumçusunun həlak olmasının araşdırılması davam edir.
Daha əvvəl Uels komandasının prezidenti Mehmet Dalman bildirib ki, "Nant" "Kardiff"dən futbolçunun transferi üçün məbləğ tələb edir.
Yanvarın 19-da Sala Fransanın "Nant" futbol klubundan İngiltərə premyer-liqasında çıxış edən "Kardiff Siti" klubuna keçib. Hücumçu yanvarın 22-də bir mühərrikli "Piper Malibu" təyyarəsi ilə yeni komandasının yerləşdiyi əraziyə uçub. Lakin təyyarə radarlardan itib.
Bir neçə gün sonra Emiliano Salanın uçduğu təyyarənin qalıqları tapılıb.