Kiyev "Dinamo"sunun keçmiş futbolçusu itkin düşüb

Kiyev "Dinamo"sunun keçmiş futbolçusu itkin düşüb Yerli polis 61 yaşlı keçmiş yarımmüdafiəçinin aprelin 20-də evdən çıxdığını və bir daha qayıtmadığını bildirib
Futbol
27 Aprel , 2021 23:22
Kiyev Dinamosunun keçmiş futbolçusu itkin düşüb

Ukraynanın "Dinamo" (Kiyev) komandasının sabiq futbolçusu Yaroslav Dimanski İvano-Frankovsk şəhərində itkin düşüb.

"Report"un məlumatına görə, yerli polis 61 yaşlı keçmiş yarımmüdafiəçinin aprelin 20-də evdən çıxdığını və bir daha qayıtmadığını bildirib. Onun yoxa çıxması barədə ərizə ilə polisə anası müraciət edib. Axtarışlara idarənin şəxsi heyəti cəlb olunub.

Qeyd edək ki, Yaroslav Dumanski Ukraynanın "Karpatı", "Metallist", "Prikarpatye" və Rusiyanın "Dinamo" (Moskva) komandalarının da formasını geyinib. O, futbolçu karyerasını 1990-cı ildə başa vurub.

Son xəbərlər

Orphus sistemi