KİV: "Yuventus" baş məşqçi postu ilə bağlı qərarını verdi

KİV: "Yuventus" baş məşqçi postu ilə bağlı qərarını verdi Komanda 33 turdan sonra A Seriyasında 66 xalla 4-cü pillədədir
Futbol
28 Aprel , 2021 17:30
KİV: Yuventus baş məşqçi postu ilə bağlı qərarını verdi
Andrea Pirlo

İtaliyanın "Yuventus" klubu əsas komandanın baş məşqçisi Andrea Pirlo ilə bağlı qərar verib.

"Report" "SportMediaset" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis mövsümün sonunda Turin təmsilçisindən ayrılacaq.

Artıq onun yerinə kimin keçəcəyi də bəllidir. "Qoca sinyora" sabiq baş məşqçisi Massimiliano Alleqriyə həvalə olunacaq. Pirlo komandanı Çempionlar Liqasının qrup mərhələsinə daşısa belə, klub rəhbərliyinin seçimi dəyişməyəcək.

Qeyd edək ki, "Yuventus" 33 turdan sonra A Seriyasında 66 xalla 4-cü pillədədir. Alleqri 2014 - 2019-cu illərdə “Yuventus”a rəhbərlik edib. O, Turin təmsilçisi ilə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kuboku və 2 dəfə Superkubok qazanıb. Təcrübəli mütəxəssis İtaliyada ardıcıl 4 mövsüm “qızı dubl” edən ilk baş məşqçidir.

Son xəbərlər

Orphus sistemi