KİV: Serxio Ramos "Liverpul"da çıxış edə bilər

KİV: Serxio Ramos "Liverpul"da çıxış edə bilər İspaniyanın "Real Madrid" klubunun kapitanı Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.
Futbol
7 Yanvar , 2021 13:07
KİV: Serxio Ramos Liverpulda çıxış edə bilər
Serxio Ramos

İspaniya "Real Madrid"inin futbolçusu Serxio Ramos karyerasını İngiltərədə davam etdirə bilər.

"Report" "El Chiringuito"ya istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi "Liverpul"un maraq dairəsinə düşüb.

Əsas oyunçularının zədələnməsi səbəbindən problə üzləşən Mersisayd təmsilçisi Ramosu heyətinə qatmaq niyyətindədir.

"Qırmızılar" hazırda Vircil van Deyk və Cosef Qomesin xidmətindən yararlana bilmir.

Qeyd edək ki, Serxio Ramosun "Real Madrid"lə müqaviləsi bu ilin yayında başa çatacaq. Kapitan 2005-ci ildən Madrid klubunun formasını geyinir.

Son xəbərlər

Orphus sistemi