KİV: Messi mövsümün nəticəsinə görə "Mançester Siti"yə keçə bilər

KİV: Messi mövsümün nəticəsinə görə "Mançester Siti"yə keçə bilər İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi mövsümün nəticəsinə görə İngiltərənin "Mançester Siti"yə keçə bilər
Futbol
13 Mart , 2021 02:55
KİV: Messi mövsümün nəticəsinə görə Mançester Sitiyə keçə bilər
Lionel Messi

İspaniyanın "Barselona" futbol komandasının hücumçusu Lionel Messi mövsümün nəticəsinə görə İngiltərənin "Mançester Siti" komandasına keçə bilər.

Bu barədə “Report” ESPN-ə istinadən xəbər verir. Qeyd edilir ki, argentinalı hücumçunun keçmiş baş məşqçisi Xosep Qvardiola ilə yenidən bir araya gəlməsi böyük ehtimal kimi qiymətləndirilir.

Əgər Messi komandadan getsə, komanda onun yerinə ehtimal ki, "Mançester Siti"nin hücumçusu Serxio Aqueronu ala bilər.

Milanın "İnter" komandasının vitse-prezidenti Xavyer Sanetti daha əvvəl Lionel Messinin mümkün transferi haqqında suala cavab verib.

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsi cari ilin 30 iyununa qədər qüvvədədir. Argentinalı hücumçu ötən yay komandadan getməyə cəhd göstərsə də son nəticədə qalmağa qərar verib. Otuz üç yaşlı oyunçuya əsas iddialılar "Mançester Siti" və "Pari Sen-Jermen" hesab edilir.

Son xəbərlər

Orphus sistemi