KİV: Messi "İnter"də oynamaq istəyir

KİV: Messi "İnter"də oynamaq istəyir İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.
Futbol
22 Dekabr , 2020 17:34
KİV: Messi İnterdə oynamaq istəyir
Lionel Messi

İspaniyanın "Barselona" klubunun ulduz futbolçusu Lionel Messi mövsümün sonunda komandanı tərk edə bilər.

"Report" "El Chiringuito" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə İngiltərənin "Mançester Siti", Fransanın PSJ və İtaliyanın "İnter" klubu maraqlanır.

Nəşr bildirir ki, "Mançester Siti" Messinin komandaya keçməsinə ciddi yanaşır. Klubun sahibi onun transferi üçün vəsait ayırmağa hazırdır. Lakin argentinalı oyunçu "İnter"də oynamaq istəyir.

Qeyd edək ki, Lionel Messi yayda "Barselona"nı tərk etmək istəsə də, klub rəhbərliyi onunla müqaviləni pozmaqdan imtina edib. Daha sonra Messi komandada ən azı bir mövsüm qalacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi