KİV: İbrahimoviç İsveç yığmasına qayıdır

KİV: İbrahimoviç İsveç yığmasına qayıdır 40 yaşlı hücumçu bu təklifə müsbət cavab verəcək
Futbol
6 Mart , 2021 15:11
KİV: İbrahimoviç İsveç yığmasına qayıdır

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç 2022-ci ildə keçiriləcək dünya çempionatının seçmə oyunları üçün İsveç millisinə dəvət alıb.

"Report" "Fotboll Direkt" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu bu təklifə müsbət cavab verəcək.

Yığmanın baş məşqçisi Yanne Andersson təcrübəli oyunçu ilə görüşdüyünü söyləyib: "İbrahimoviç bizə "yox" demədi. Yaxşı söhbətimiz oldu. Danışıqlar davam edir. Necə olacağını martın 16-da öyrənəcəksiniz".

Qeyd edək ki, İsveç millisi martın 25-də Gürcüstanı, 31-də Estoniyanı qəbul edəcək. Komanda martın 28-də Kosovonun qonağı olacaq. Zlatan İbrahimoviç 2016-cı ildə Fransada keçirilmiş Avropa çempionatından sonra millidəki karyerasını bitirdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi