KİV: "Bavariya" baş məşqçisi ilə vidalaşacaq

KİV: "Bavariya" baş məşqçisi ilə vidalaşacaq Almaniyanın "Bavariya" klubu mövsümün sonunda baş məşqçisi Hans Fliklə yollarını ayıracaq
Futbol
27 Yanvar , 2021 14:10
KİV: Bavariya baş məşqçisi ilə vidalaşacaq
Hans Flik

Almaniyanın "Bavariya" klubu mövsümün sonunda baş məşqçisi Hans Fliklə yollarını ayıracaq.

"Report" "Bild"ə istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis İdarə Heyətinin sədri Karl-Haynts Rummeniggenin getməsi səbəbindən klubla vidalaşacaq.

Bundan əlavə, baş məşqçinin Hasan Salihamiciçlə qarşıdurması var. Flikin Almaniya yığmasında Yoahim Lövün varisi olacağı gözlənilir.

Qeyd edək ki, Hans Flik 2019-cu ildən "Bavariya"nın baş məşqçisidir. Onun klubla sözləşməsi 2023-cü ildə başa çatmalıdır.

Son xəbərlər

Orphus sistemi