"Neftçi"nin legioneri: "Qarabağ"ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər"

"Neftçi"nin legioneri: "Qarabağ"ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər" Bakı. 17 yanvar. REPORT.AZ/ “Gündə iki məşqə çıxmağımız ağır deyil, normaldır. Bərpa oluna bilirik”.
Futbol
1179
17 Yanvar , 2019 14:15
Neftçinin legioneri:  Qarabağı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər

Bakı. 17 yanvar. REPORT.AZ/ “Gündə iki məşqə çıxmağımız ağır deyil, normaldır. Bərpa oluna bilirik”.

“Report” un məlumatına görə, bunu "Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibəsində deyib. Paytaxt təmsilçisinin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını dəyərləndirən ukraynalı mərkəz müdafiəçisi səylə çalışdıqlarını bildirib: “Masajçılara təşəkkür edirəm, bizimlə əziyyət çəkirlər. Bakı toplanışı ilə müqayisədə burada məşqlərarası bərpaya daha çox vaxtımız qalır. Buna görə də heç bir problemimiz yoxdur. Bu müddət ərzində dözmək lazımdır. Sonra bundan asan olacaq. Təkcə mənim üçün yox, bütün futbolçular üçün ən çətini daim qaçmaqdır. Amma bunun öhdəsindən yaxşı gəlirik. İnanıram ki, bəhrəsini görəcəyik”.

K.Petrov asudə vaxtlarda kompüter oyunları oynadığını söyləyib: “Axşam yeməyindən sonra uşaqlarla "Playstation” oynayırıq və ya filmlərə baxırıq. Ukraynadan "Desna” komandası gəlib, bundan sonra oradakılarla da vaxt keçirəcəm. Orada çoxdandı görmədiyim dostlarım var. Bəziləri ilə 6 yaşımdan birlikdə oynamışam. Danışmağa, xatırlamağa mövzular var”.

Legioner futbolçu “Neftçi”ni yeni transferi olan Mamadu Mbodjla bağlı da fikirlərini bölüşüb: “Müdafiənin mərkəzində onunla mən də oynaya bilərəm, Ruslan Abışov da oynaya bilər. Hazırda məşq prosesləri davam edir. Əvvəlcə əsas heyətdə oynamağa qadir olduğunu sübut etmək lazımdır”.

Hazırda 33 xalla Premyer Liqada lider olan “Neftçi” qış fasiləsindən sonra ilk oyununu 30 xalla 2c- sırada yer alan “Qarabağ”la qarşılaşacaq. Petrov hesab edir ki, bütün matçlara eyni gözlə baxmalıdırlar: “Bütün oyunlara olduğu kimi, "Qarabağ”la matça da ciddi hazırlaşacağıq. Çempionatın ikinci hissəsinə tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibdən asılı olmayaraq maksimum xal toplamağa çalışacağıq. Çünki, məsələn, "Qarabağ”ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər. Yoxlama görüşlərindən faydalanmaq lazımdır. Çempion olmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Son xəbərlər

Orphus sistemi