Kirill Petrov: “Günah baş məşqçidə yox, futbolçulardadır”

Kirill Petrov: “Günah baş məşqçidə yox, futbolçulardadır” “İlk oyundakı səhvi təkrarladıq. Matça düzgün başlamamışdıq, tələskənliyə yol verdik. Uşaq səhvlərindən qapımızda 2 qol gördük. Növbəti mərhələyə yüksəlməyə layiq deyildik. Bu cür futbolla Avropa Liqasının pley-offuna çıxmırlar”.
Futbol
16 Avqust , 2019 14:00
Kirill Petrov: “Günah baş məşqçidə yox, futbolçulardadır”

“İlk oyundakı səhvi təkrarladıq. Matça düzgün başlamamışdıq, tələskənliyə yol verdik. Uşaq səhvlərindən qapımızda 2 qol gördük. Növbəti mərhələyə yüksəlməyə layiq deyildik. Bu cür futbolla Avropa Liqasının pley-offuna çıxmırlar”.

“Report”un Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri “Neftçi”nin futbolçusu Kirill Petrov İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından sonra deyib.

Ukraynalı müdafiəçi məğlubiyyətin səbəblərinə də toxunub: “Rəqib müdafiədən oynayırdı. Yəqin ki, bu üslubda oynayan komandaları yarmaq üçün nələrisə hələ öyrənməliyik. Çünki çempionatda da yəqin ki, əksər rəqiblərimiz bizə qarşı müdafiədən oynayacaqlar. Bu məğlubiyyəti ən qısa zamanda unudub irəliyə baxmalı, çempionat oyunlarına köklənməliyik”.

Petrov günahkarları da göstərməkdən çəkinməyib: “Bakıdakı görüşdən sonra baş məşqçi hər şeyi təhlil etdi, bizə başa saldı. Ancaq biz düzgün oynamadıq. Meydanda biz idik, məşqçi yox, günah da futbolçulardadır”.

Legioner oyunçu aldığı zədədən də danışıb: “Zədə? Dəmir sınmır (gülümsəyir). Çempionata mənəvi cəhətdən hazır olmalıyıq, olacağıq da. İki il əvvəl bürünc medal qazandıq, ötən mövsüm gümüş gəldi, deməli, qızıl medalın zamanı yetişib”.

Son xəbərlər

Orphus sistemi