Kiprli futbolçu: "Qurbanovun AEL-i ciddiyə almaması qeyri-peşəkarlıq olardı"

Kiprli futbolçu: "Qurbanovun AEL-i ciddiyə almaması qeyri-peşəkarlıq olardı" "AEL-in işi asan olmayacaq. Amma komandaya inanıram. Uşaqlar bu gecə evdə yaxşı nəticə əldə edə bilərlər".
Futbol
296
5 Avqust , 2021 12:11
Kiprli futbolçu: Qurbanovun AEL-i ciddiyə almaması qeyri-peşəkarlıq olardı
Xristos Germanos

"AEL-in işi asan olmayacaq. Amma komandaya inanıram. Uşaqlar bu gecə evdə yaxşı nəticə əldə edə bilərlər".

"Report"un məlumatına görə, bunu Kipr AEL-inin sabiq futbolçusu Xristos Germanos yerli mətbuata açıqlamasında Limassol təmsilçisinin evdə "Qarabağ"a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

Veteran müdafiəçi keçmiş komandasının qələbə qazanacağına inandığını söyləyib: "Hazırda AEL və "Omoniya" daha sabiq kollektiv təsiri bağışlayır. Ona görə də bu komandalara inanıram".

2004 - 2007-ci illərdə AEL-in formasını geyinmiş Germanos "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun rəqib barədə fikirlərinə də münasibət bildirib: "Qurbanov AEL-i ciddiyə almasaydı, qeyri-peşəkarlıq olardı. Bəlkə də bu cür açıqlaması ilə öz oyunçularını matça daha yaxşı kökləmək istəyib".

Qeyd edək ki, bu gün Larnaka şəhərindəki "AEK Arena"da keçiriləcək AEL - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi