Kiprli futbolçu: "Azərbaycanla matç çox çətin olacaq"

Kiprli futbolçu: "Azərbaycanla matç çox çətin olacaq" "Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çox çətin olacaq".
Futbol
12 Oktyabr , 2020 20:52
Kiprli futbolçu: Azərbaycanla matç çox çətin olacaq

"Məyus olmaq üçün vaxt yoxdur. Sabahkı matç hər mənada çox çətin olacaq".

"Report" xəbər verir ki, bu fikirləri Kipr yığmasının futbolçusu Pieros Sotiryu UEFA Millətlər Liqasının IV turunda Azərbaycan komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

27 yaşlı hücumçu bildirib ki, komanda olaraq daha çox çalışmalıdırlar: "Başımızı qaldırmalı və sabahkı görüşdə əlimizdən gələni etməliyik".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi