Kipr millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Kipr millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı Kipr millisinin UEFA Millətlər Liqasında Azərbaycana qarşı keçirəcəyi oyun üçün heyəti açıqlanıb.
Futbol
28 Avqust , 2020 15:12
Kipr millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Kipr yığmasının UEFA Millətlər Liqasında Monteneqro və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb. 

"Report" xəbər verir ki, siyahıya 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 6 hücumçu daxil edilib. 

Qapıçılar: Tasos Kissas ("Nea Salamina"), Neofitos Mixael "("Olimpiakos" Nikosiya), Xaralambos Kiriakides ("Omoniya")

Müdafiəçilər: Konstantinos Laifis ("Standard Lyej, Belçika), Nikolas İoannu (APOEL), Valentinos Sielis ("Çecu Yunayted", Cənubi Koreya), Xaris Kiriaku (AEL Limassol), Kipros Kristoforu ("Nea Salamina"), Minas Antoniu (AEL Limassol), Andreas Karo ("Salernitana", İtaliya), Xristos Uiler (APOEL)

Yarımmüdafiəçilər: Giorqos Efrem (APOEL), Xaralambos Kiriaku ("Apollon"), Qriqoris Kastanos ("Yuventus", İtaliya), İoannis Kusulos ("Omoniya"), Aleksander Qogiç ("Hibernian", Şotlandiya), Matiya Spolyariç (AEK Larnaka), Yanis Satsias (APOEL)

Hücumçular: Dimitris Xristofi ("Famaqusta"), Pieros Sotiryu ("Astana, Qazaxıstan), İoannıs Pittas ("Apollon"), Marios Elia ("Etnikos"), Marinos Tzionis ("Omoniya"), Loizos Loizu ("Omoniya")

Kipr yığması hazırlıq prosesinə avqustun 31-də koronavirus testi ilə başlayacaq. İlk məşq isə sentyabrın 1-də olacaq. Sentyabrın 4-də və 7-də keçiriləcək məşqlərin ilk 15 dəqiqəsi açıq, qalan günlərdə isə qapalı olacaq. 

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Monteneqro ilə görüş isə sentyabrın 5-də eyni arenada olacaq. 

Son xəbərlər

Orphus sistemi