Kipr klubu "Qarabağ"la oyunun biletlərini satışa çıxarır

Kipr klubu "Qarabağ"la oyunun biletlərini satışa çıxarır Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlərin satışa çıxarılacağı tarix açıqlanıb.
Futbol
23 Sentyabr , 2021 17:21
Kipr klubu Qarabağla oyunun biletlərini satışa çıxarır

Kiprdə "Omoniya" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin II tur matçı üçün biletlər sentyabrın 24-dən satışda olacaq.

"Report"un Nikosiya təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, qiymətlər sektorlara uyğun olaraq 5 avro və 125 avro arasında dəyişir. Uşaqlar üçün ən ucuz biletin qiyməti 5 avro, yeniyetmələr üçün 10 avro, böyüklər üçün isə 20 avrodur.

Qeyd edək ki, sentyabrın 30-da keçiriləcək "Omoniya" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Ağdam təmsilçisi ilk turda evdə İsveçrə "Bazel"i ilə qolsuz heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi