Kipr klubu Azərbaycan millisinin futbolçu ilə yollarını ayıracaq

Kipr klubu Azərbaycan millisinin futbolçu ilə yollarını ayıracaq Bakı. 7 may. REPORT.AZ/ Kiprin “Anortosis” klubu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə vidalaşacaq.
Futbol
7 May , 2018 10:15
Kipr klubu Azərbaycan millisinin futbolçu ilə yollarını ayıracaq

Bakı. 7 may. REPORT.AZ/ Kiprin “Anortosis” klubu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə vidalaşacaq.

“Report” goal.com.cy saytına istinadən xəbər verir ki, Famaqusta təmsilçisinin rəhbəri Andreas Pantelis Kipr prezidenti Nikos Anastasiadislə görüşüb və klubun gələcək planlarını müzakirə edib. Toplantıda “Anortosis”in mövsüm başa çatandan sonra yollarını ayıracağı oyunçulardan da söz açılıb.

Məlumata görə, 26 yarımmüdafiəçi ilə yanaşı, portuqaliyalı Migel Palanka da yola salınacaq. Bu futbolçuların durumunun “Anortosis”in məşqçilər korpusunu qane etmədiyi bildirilir.

Qeyd edək ki, Araz Abdullayev müqavilə üzrə “Qəbələ”yə məxsusdur. Daha əvvəl Azərbaycan təmsilçisinin “Anortosis”ə birdəfəlik transferi üçün 150 min avro istədiyi iddia olunurdu. 

Son xəbərlər

Orphus sistemi