"Real Madrid"in prezidenti qışda Mbappeni ala biləcəklərini açıqlayıb

"Real Madrid"in prezidenti qışda Mbappeni ala biləcəklərini açıqlayıb Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe qış transfer dönəmində İspaniya "Real Madrid"inə keçə bilər
Futbol
400
5 Oktyabr , 2021 15:45
Real Madridin prezidenti qışda Mbappeni ala biləcəklərini açıqlayıb
Florentino Peres

Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe qış transfer dönəmində İspaniya "Real Madrid"inə keçə bilər.

"Report"un məlumatına görə, bu barədə "kral klubu"nun prezidenti Florentino Peres "El Debate" nəşrinə açıqlamasında deyib.

74 yaşlı funksioner Mbappenin transferinin yanvarın 1-dək həll olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm Liqa1-də 9 oyuna 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ isə 9 matçdan 24 xalla liderdir. Mbappenin müqaviləsi 2022-ci ildə başa çatacaq. Madrid təmsilçisi avqustda fransalı forvard üçün qarşı tərəfə 220 milyon avro təklif etsə də, müsbət cavab almayıb.

Son xəbərlər

Orphus sistemi