Kike Setyen yenidən "Barselona"nın baş məşqçisi olmaq istəyir

Kike Setyen yenidən "Barselona"nın baş məşqçisi olmaq istəyir İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçsii Kike Setyen yenidən bu komandada işləmək istəyir.
Futbol
29 Dekabr , 2020 11:46
Kike Setyen yenidən Barselonanın baş məşqçisi olmaq istəyir
Kike Setyen

İspaniyanın "Barselona" klubunun sabiq baş məşqçsii Kike Setyen yenidən Kataloniya təmsilçisində işləmək istəyir.

"Report"un məlumatına görə, 62 yaşlı mütəxəssis bu barədə "Marca" nəşrinə açıqlamasında bildirib.

İspaniyalı baş məşqçi futbolçularla münasibətinin yaxşı olduğunu söyləyib: "Bizim pis xatirələrimiz də var. Bu, qeyri-adi təcrübədir. Bu dəfə istədiyimiz qədər ləzzət almadıq, gözlənilən qədər çətinlik çəkdik. Ancaq "Barselona"ya qayıtmaq istəyərdim, klubda işləməkdən heç vaxt peşman olmadım".

Qeyd edək ki, Kike Setyen 2020-ci ilin yanvarında baş məşqçi təyin edilib və avqustda istefaya göndərilib. Onu niderlandlı Ronald Kuman əvəzləyib.

Son xəbərlər

Orphus sistemi