KİV: Roman Abramoviç "Çelsi" klubunu satmaq istəmir

KİV: Roman Abramoviç "Çelsi" klubunu satmaq istəmir Rusiyalı iş adamı Roman Abramoviç sabihi olduğu İngiltərənin Çelsi klubunu satmaq istəmir.
Futbol
3 May , 2019 14:12
KİV: Roman Abramoviç Çelsi klubunu satmaq istəmir

Rusiyalı iş adamı Roman Abramoviç sabihi olduğu İngiltərənin "Çelsi" klubunu satmaq istəmir.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 53 yaşlı sahibkarın bu barədə planları mövcud deyil.

Daha öncə İngiltərənin ən varlı şəxsi hesab olunan Cim Retkliffin London təmsilçisini almaq niyyətində olduğu bildirilib. Lakin mənbə bildirir ki, Abramoviç Retkliff və digər potensial alıcılarla danışmayıb. 

Hazırda rusiyalı iş adamı investisiya vizasının uzadılmasından imtina etdiyi üçün "Çelsi"nin ev oyunlarına qatılmır. Klubun direktoru Marina Qranovskaya klubun gündəlik prosesləri ilə məşğul olur.

Qeyd edək ki, Roman Abramoviç 2003-cü ildən "Çelsi"nin sahibidir. İş adamı klubu 140 milyon dollara alıb. Onun rəhbərliyin dövründə London klubu 5 dəfə ölkə çempionu, tarixində ilk dəfə 2012-ci ildə Çempionlar Liqasının, 2013-cü ildə isə Avropa Liqasının qalibi olub. 

Son xəbərlər

Orphus sistemi