KİV: "Real" Mbappeni 275 milyon avroya alacaq

KİV: "Real" Mbappeni 275 milyon avroya alacaq İspaniyanın Real Madrid futbol klubu PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.
Futbol
135
19 Sentyabr , 2019 02:46
KİV: Real Mbappeni 275 milyon avroya alacaq

İspaniyanın "Real Madrid" futbol klubu PSJ və Fransa yığmasının hücumçusu Kilian Mbappeni rekord qiymətə almaq niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "El Chiringuito TV" telekanalı məlumat yayıb.

Telekanalın "Tvitter"də yaydığı məlumata görə, ispan komandası futbolçu üçün 225 milyon avro ödəməyə hazırdır. Söhbət həmçinin 50 milyon avro bonusdan gedir.

Əgər transfer baş tutsa, oyunçunun illik maaşı 35 milyon avro milyon təşkil edəcək. Lakin maaş bonuslara görə daha 5 milyon avro da arta bilər.

Komandalar arasında razılaşma baş tutsa, bu, həm də futbol tarixində ən bahalı transfer olacaq. Əvvəlki rekord transfer göstəricisi PSJ-yə aiddir. Klub 2017-ci ildə "Barselona"dan braziliyalı hücumçu Neymarı 222 milyon avroya alıb.

Son xəbərlər

Orphus sistemi