KİV: "Real" braziliyalı Reyneri almağa yaxındır

KİV: "Real" braziliyalı Reyneri almağa yaxındır Flamenqo futbol komandasının yarımmüdafiəçisi Reyner Real”a keçə bilər.
Futbol
4 Yanvar , 2020 05:58
KİV: Real braziliyalı Reyneri almağa yaxındır

"Flamenqo" futbol komandasının yarımmüdafiəçisi Reyner "Real”a keçə bilər.

“Report” xəbər verir ki, bu barədə “El Chiringuito” özünün “Twitter”dəki səhifəsində bildirib.

Mənbənin informasiyasına əsasən, tərəflər 17 yaşlı yarımmüdafiəçinin Madrid klubuna keçidi üzrə sazişin tamamlanmasına yaxındır. Braziliyalı “Real”ın ikinci komandasında çıxış edəcək.

Reyner ötən mövsüm "Flamenqo"nun heyətində 15 matçda iştirak edib. Yarımmüdafiəçinin hesabında 6 qol və 2 məhsuldar ötürmə var. Braziliya klubu ilə futbolçunun müqaviləsi 31 oktyabr 2024-cü ilə qədər nəzərdə tutulub. Oyunçunun bazar transfer dəyəri bu gün 25 milyon avro təşkil edir.

"Real" İspaniya çempionatının yarış cədvəlində 2-ci yer tutur. On səkkiz turdan sonra komandanın aktivində 37 xal var. “Real” lider "Barselona”dan 2 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi