KİV: La Liqanın bərpası yubanacaq

KİV: La Liqanın bərpası yubanacaq İspaniya La Liqası təyin olunan vaxtdan bir həftə sonra - iyunun 19-da bərpa olunacaq.
Futbol
22 May , 2020 14:15
KİV: La Liqanın bərpası yubanacaq

İspaniya La Liqası təyin olunan vaxtdan bir həftə sonra - iyunun 19-da bərpa olunacaq. 

"Report" "Mundo Deporivo" nəşrinə istinadən xəbər verir ki, təlim protokolu çempionatın iyunun 12-də başlamasına mane olacaq. Protokola əsasən, klublar iyunun 1-dək normal məşqə qayıda bilməyəcəklər. La Liqa rəhbərliyi komandaların ən az iki həftə məşq etməsini istəyir. 

Qeyd edək ki, La Liqasının prezidenti Xavyer Tebas çempionata iyunun 12-də başlamaq istədiklərini deyib. Turnir cədvəlinə 58 xalla "Barselona" başçılıq edir, ikinci sıradakı "Real Madrid"in 56 xalı var. La Liqa martın 12-də koronavirus pandemiyasına görə dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi