KİV: Joze Mourinyo bu gün istefaya göndəriləcək

KİV: Joze Mourinyo bu gün istefaya göndəriləcək Bakı. 6 oktyabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın VIII turunda “Nyukasl”la ev oyununda sonra istefaya göndəriləcək.
Futbol
113
6 Oktyabr , 2018 12:05
KİV: Joze Mourinyo bu gün istefaya göndəriləcək

Bakı. 6 oktyabr. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” komandasının baş məşqçisi Joze Mourinyo Premyer Liqanın VIII turunda “Nyukasl”la ev oyununda sonra istefaya göndəriləcək.

“Report” “Mirror”a istinadən xəbər verir ki, 55 yaşlı portuqaliyalı mütəxəssis matçın nəticəsindən asılı olmayaraq qovulacaq. Belə olan halda klub Mourinyoya 20 milyon funt sterlinq civarında təzminat ödəyəcək.

“Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə əsas namizəd Zinəddin Zidan göstərilir.

Qeyd edək ki, bu gün keçiriləcək “Mançester Yunayted” – “Nyukasl” görüşü Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. “Qırmızı şeytanlar” hazırda 10 xalla 10-cu pillədə qərarlaşıb. 2016-cı ilin mayında komandanın baş məşqçi təyin olunan Mourinyo bu müddətdə Avropa Liqası, İngiltərə Liqa Kuboku və İngiltərə Super Kubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi