KİV: "Barselona" Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

KİV: "Barselona" Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır Bakı. 9 mart. REPORT.AZ/ İspaniyanın Barselona klubu ulduz futbolçusu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırır.
Futbol
102
9 Mart , 2019 16:01
KİV: Barselona Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır

Bakı. 9 mart. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu ulduz futbolçusu Lionel Messiyə yeni bir müqavilə təklif etməyi planlaşdırır.

"Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi argentinalı hücumçunun sözləşməsini 2023-cü ilə qədər uzatmaq niyyətindədir.

Qeyd edək ki, Lionel Messinin klubla hazırkı müqaviləsi 2021-ci ilin iyul ayında başa çatır. Argentina millisinin də şərəfini qoruyan oyunçu 2004-cü ildən bəri "Barselona"da çıxış edir. O, cari mövsüm İspaniya La Liqasında 24 oyunda iştirak edib və 25 qol vurub. 

Son xəbərlər

Orphus sistemi