Keysuke Honda və Canni De Byazi Ağdama gedib - VİDEO

Keysuke Honda və Canni De Byazi Ağdama gedib - VİDEO Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib
Futbol
20 May , 2021 15:38
Keysuke Honda və Canni De Byazi Ağdama gedib - VİDEO

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi "Neftçi"nin futbolçusu Keysuke Honda və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla birlikdə Ağdama səfər edib.

"Report"un məlumatına görə, onlar Cümə məscidində və "İmarət" stadionunda olublar.

Hər üç şəxs sözügedən stadionda topla oynama bacarığını nümayiş etdirib.

Yaponiyalı yarımmüdafiəçi sosial şəbəkə hesablarında səfərlə bağlı bunları yazıb: "Dünən Bakıda “Qarabağ”a qarşı oynadım. Əslində "Qarabağ" klubu ev oyunlarını indiki olduğum yerdə - Ağdamdakı "İmarət" stadionunda keçirməli idi. İnanıram ki, burada futbol yenidən doğulacaq".

Son xəbərlər

Orphus sistemi