Keysuke Honda: "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz"

Keysuke Honda: "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz" "Bu komandaya pul üçün gəlməmişəm"
Futbol
5 May , 2021 15:40
Keysuke Honda: Neftçinin prezidentindən maaşımı soruşa bilərsiniz
Keysuke Honda

"Pandemiyanın başlanmasından sonra klub tapmaq çətin oldu. Özümə uyğun komanda tapa bilmirdim. Bir neçə liqada transfer pəncərəsi artıq bağlı olsa da, bəzilərində açıq idi. Bu variantlardan birini seçməli idim".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Keysuke Honda "Neftçi TV"də yayımlanan "Həmsöhbət" verilişində flaqmana keçidi barədə danışarkən deyib.

Yaponiyalı yarımmüdafiəçi bildirib ki, yeni çağırış gözlədiyi üçün Bakı klubunu seçib: "Yaponiyaya qayıtmaq istəmirdim. Çünki gənc yaşlarımdda orada 3 il oynamışam. "Neftçi"də çempion olma şansım var. Bu imkan məni həyəcanlandırır. Burada olduğum üçün xoşbəxtəm. Ağ-qara rənglərdən xoşum gəlir".

35 yaşlı oyunçu "Neftçi"yə pul üçün gəlmədiyini söyləyib: "Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. "Neftçi"nin prezidentindən maaşımı soruşa bilərsiniz".

Qeyd edək ki, Keysuke Honda "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi