Honda: "Onlarla Bakıda görüşmək əladır, növbəti ay Yaponiyada döyüşəcəklər"

Honda: "Onlarla Bakıda görüşmək əladır, növbəti ay Yaponiyada döyüşəcəklər" Vüqar Kərəmov həmin gün yerli idmançı Yutaka Saito ilə görüşəcək
Futbol
22 May , 2021 12:01
Honda: Onlarla Bakıda görüşmək əladır, növbəti ay Yaponiyada döyüşəcəklər

"Neftçi" klubunun tanınmış futbolçusu Keysuke Honda Azərbaycanın MMA döyüşçüləri ilə daha bir fotosunu paylaşıb.

"Report"un məlumatına görə, 35 yaşlı yaponiyalı yarımmüdafiəçi Tofiq Musayev, Vüqar Kərəmov və Rüfət Əsədovla görüşüb.

Görüşdə paytaxt klubunun tərcüməçisi Vüqar Əliyev də iştirak edib. Honda paylaşımda "Onlarla Bakıda görüşmək əladır. Gələn ay Yaponiyada döyüşəcəklər" yazıb.

Qeyd edək ki, Tofiq Musayev iyunun 13-də Yaponiyada "Rizin" yarışında braziliyalı Roberto Satoşi ilə üz-üzə gələcək. Vüqar Kərəmov həmin gün yerli idmançı Yutaka Saito ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi