Keysuke Honda: "Ayrılsam da, Azərbaycanı diqqət mərkəzində saxlayacağam"

Keysuke Honda: "Ayrılsam da, Azərbaycanı diqqət mərkəzində saxlayacağam" "Burada olduğum üçün xeyli məmnunam. Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız"
Futbol
31 May , 2021 16:20
Keysuke Honda: Ayrılsam da, Azərbaycanı diqqət mərkəzində saxlayacağam

"Burada olduğum üçün xeyli məmnunam. Çempion oldum, həddindən artıq isti münasibət gördüm. Bəlkə də heç nə ilə yadda qalmadım, amma düşünürəm ki, məni hər zaman yaxşı xatırlayacaqsınız".

"Report"un məlumatına görə, bu fikirləri "Neftçi"dən ayrılan yaponiyalı tanınmış futbolçu Keysuke Honda klubun rəsmi televiziyasına açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"ın növbəti mövsümdə də çempion olacağını ümidvar olduğunu bildirib: "Ümid edirəm ki, "Neftçi" növbəti mövsümdə də çempion olacaq. Mən isə buraya gəlib, onlarla birlikdə qalibiyyəti qeyd edərəm. Ümumiyyətlə, buradan ayrılsam da, Azərbaycanı hər zaman diqqət mərkəzində saxlayacağam".

Qeyd edək ki, Keysuke Honda martın 15-də "Neftçi" ilə mövsümün sonunadək müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi