Keysuke Honda Asiyada həftənin futbolçusu adına namizəd oldu

Keysuke Honda Asiyada həftənin futbolçusu adına namizəd oldu Namizədlər 29 aprel - 4 iyundakı çıxışlarına görə müəyyənləşib
Futbol
136
7 May , 2021 09:16
Keysuke Honda Asiyada həftənin futbolçusu adına namizəd oldu

Asiya Futbol Konfederasiyası (AFC) həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.

"Report"un məlumatına görə, siyahıda "Neftçi"nin yarımmüdafiəçisi Keysuke Honda da yer alıb.

Bu ada həmçinin İngiltərə "Tottenhem"ində çıxış edən Son Xın Min, "Çelsi"nin qadın futbolçusu Çi Soyun, İtaliya "Cenoa"sından Eldor Şomurodov (Özbəkistan), Fransa "Lion"undan Saki Kumaqai, Avstraliyanın "Sietl Saunders" klubunda oynayan Bred Smit, Portuqaliya "Portu"sundan Mehdi Taremi və Rusiya "Zenit"indən Sərdar Azmun iddia edir.

Qalib azarkeşlərin səsverməsindən sonra müəyyənləşəcək. Namizədlər 29 aprel - 4 iyundakı çıxışlarına görə müəyyənləşib.

Qeyd edək ki, Keysuke Honda mayın 3-də "Neftçi"nin "Keşlə"ni 3:0 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının XXV tur oyununda ikinci qolun müəllifi olub.

Son xəbərlər

Orphus sistemi