"Keşlə" yeni qapıçı transfer etdi

"Keşlə" yeni qapıçı transfer etdi “Keşlə” Futbol Klubu növbəti transferini reallaşdırıb.
Futbol
14 Avqust , 2020 13:37
Keşlə yeni qapıçı transfer etdi

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Keşlə” növbəti transferini reallaşdırıb.

Klubdan "Report"a verilən məlumata görə, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Son klubu “Səbail” olan 34 yaşlı qolkiper Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümündə 11 qarşılaşmada meydana çıxıb.

Qeyd edək ki, "Keşlə" Avropa Liqasının I təsnifat mərhələsində Albaniyanın "Laçi" klubu ilə üz-üzə gələcək. Avqustun 27-də "ASK Arena"da keçiriləcək oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi