"Keşlə" "Səbail"i məğlub edib

"Keşlə" "Səbail"i məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.
Futbol
146
12 Mart , 2022 18:41
Keşlə Səbaili məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Səbail" "Keşlə"ni qəbul edib.

Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin qollarını 17-ci dəqiqədə Pərviz Azadov, 21-ci dəqiqədə Rəhman Hacıyev, 90+5-ci dəqiqədə isə Turan Vəlizadə vurub.

"Dənizçilər"in əsas futbolçularından hesab edilən Yurgen Qoca zədələndiyi üçün oyuna sonadək davam edə bilməyib. 30 yaşlı müdafiəçi epizodların birində rəqib qapıçı Stanislav Namaşko ilə toqquşub. Albaniya oyunçu tibbi müayinədən sonra matça dönsə də, sonradan görüşə davam edə bilməyib və Məhəmməd Mirzəbəyovla əvəzlənib.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "Keşlə" 6-cı sırada qalıb. "Səbail" isə 11 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün digər oyununda lider "Qarabağ" "Sabah"ın qonağı olacaq. Tura martın 13-də oynanılacaq "Qəbələ" - "Zirə" və "Neftçi" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi