Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.
"Report" xəbər verir ki, turun açılış matçında "Keşlə" "Sabah"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 54-cü dəqiqədə Silvio Rodriqes vurub. 90+1-ci dəqiqədə Vüsal İsgəndərli fərqi artırıb. 25 yaşlı yarımmüdafiəçi qol sevincini əsgər salamı verərək qeyd edib.
Bu nəticədən sonra Yunis Hüseynovun başçılıq etdiyi komanda xallarının sayını 8-ə çatdırıb və müvəqqəti də olsa, liderliyə yüksəlib. "Sabah" isə 6 xalla 5-ci yerdədir.
Qeyd edək ki. V turun "Qəbələ" - "Sumqayıt" və "Zirə" - "Neftçi" matçları oktyabrın 3-də keçiriləcək. "Səbail" - "Qarabağ" dueli isə təxirə salınıb.