"Keşlə" özbəkistanlı futbolçu ilə müqavilə imzalayıb

"Keşlə" özbəkistanlı futbolçu ilə müqavilə imzalayıb Keşlə klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
11 Dekabr , 2019 12:06
Keşlə özbəkistanlı futbolçu ilə müqavilə imzalayıb

"Keşlə" klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

"Report" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda özbəkistanlı Şohruh Qadoyevi heyətinə qatıb. 27 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Qadoyev Özbəkistan millisinin üzvüdür. O, karyerasına "Nasaf" klubunda başlayıb. Daha sonra Bəhreynin "Əl-Muharraq", Cənubi Koreyanın "Daejeon Citizen", həmçinin öz ölkəsində "Buxara" və "Bunyodkor" klublarının da şərəfini qoruyub. Qadoyev Özbəkistan yığmanın heyətində 14 oyun keçirib və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi