"Keşlə" transferə çıxardığı legioneri geri qaytarıb

"Keşlə" transferə çıxardığı legioneri geri qaytarıb Con Kamara "Keşlə"yə qoşulub.
Futbol
19 Oktyabr , 2021 21:07
Keşlə transferə çıxardığı legioneri geri qaytarıb

"Keşlə" klubu ötən mövsümün sonunda transferə çıxardığı futbolçusu Con Kamaranı yenidən heyətə cəlb edib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

41 yaşlı mütəxəssisin sözlərinə görə, müqavilə ilə paytaxt təmsilçisinə məxsus olan sierra-leoneli yarımmüdafiəçi özünə yeni klub tapa bilmədiyi üçün geri qayıdıb.

Qeyd edək ki, Con Kamara 2019-cu ilin qışından "Keşlə"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi