Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının ilk turunda "Sabah"a evdə 0:1 hesabı ilə uduzduqları oyunda zədələnən "Keşlə"nin futbolçusu Miloş Bosançiçin durumuna aydınlıq gəlib.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 30 yaşlı serbiyalı yarımmüdafiəçinin bud əzələsi əzilib. Həkimlər oyunçunun zədəsinin ciddi olmadığı qənaətinə gəliblər. Futbolçu sabah komanda ilə birgə məşqdə iştirak edəcək.
Qeyd edək ki, Miloş Bosançiç qarşılaşmanın 38-ci dəqiqəsində zədələnib. Onun yerinə meydana Məmməd Quliyev daxil olub.