"Keşlə"nin keçmiş futbolçusu: "Qarabağ"ın büdcəsi AEL-dən xeyli çoxdur"

"Keşlə"nin keçmiş futbolçusu: "Qarabağ"ın büdcəsi AEL-dən xeyli çoxdur" "Qarabağ" çox güclü komandadır, ardıcıl 7 il Azərbaycan çempionu olub. Aydın məsələdir ki, onların büdcəsi AEL-dən xeyli çoxdur. Amma fikrimcə, iki çox yaxşı və rəngarəng oyun alınacaq".
Futbol
3 Avqust , 2021 10:41
Keşlənin keçmiş futbolçusu: Qarabağın büdcəsi AEL-dən xeyli çoxdur

"Qarabağ" çox güclü komandadır, ardıcıl 7 il Azərbaycan çempionu olub. Aydın məsələdir ki, onların büdcəsi AEL-dən xeyli çoxdur. Amma fikrimcə, iki çox yaxşı və rəngarəng oyun alınacaq".

"Report"un məlumatına görə, bunu əvvəllər "Keşlə"də çıxış etmiş Georgios Georgiadis keçmiş klubu Kipr AEL-inin "Qarabağ"la keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

AEL-ə uğurlar arzulayan 34 yaşlı yarımmüdafiəçi bildirib ki, Bakı komandasını tərk etdikdən sonra Azərbaycan çempionatının qarşılaşmalarına az baxıb. Lakin o, komandalar barədə çox şey bildiyini diqqətə çatdırıb: "Biz "Qarabağ"ı daim Avropada görürük. AEL-in oyunlarını isə çox izləyirəm. Kipr komandası son zamanlar daha da yaxşılaşıb. Burada gözəl futbolçulardan ibarət güclü kollektiv formalaşıb. Lakin bir komanda kimi inkişaf etmək üçün ən yaxşısı, "Qarabağ"ı keçməkdir".

Yunanıstanlı oyunçu keçmiş klublarından "Keşlə"yə yox, AEL-ə çox bağlı olduğunu da əlavə edib: "Bu, karyeramda ən yaxşı mövsümüm idi. Özümü evimdəki kimi hiss edirdim".

Qeyd edək ki, Geogios Georgiadis AEL-də 2016/2017 mövsümündə "Keşlə"də isə 2018-ci ildə çıxış edib. "Qarabağ" Kipr klubu ilə ilk oyununu avqustun 5-də səfərdə, cavab görüşünü avqustun 12-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi