"Keşlə"nin ilk oyununu 500 azarkeş izləyəcək

"Keşlə"nin ilk oyununu 500 azarkeş izləyəcək "Keşlə"nin Rusiyada "Soçi" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq.
Futbol
19 İyul , 2021 10:52
Keşlənin ilk oyununu 500 azarkeş izləyəcək

"Keşlə"nin Rusiyada "Soçi" klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa cəmi 500 azarkeş buraxılacaq.

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Vladimir Fedotov yerli radiolardan birinə açıqlamasında deyib.

55 yaşlı mütəxəssis bildirib ki, bu, ölkədə koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərlə bağlıdır: "Qərarı anlayışla qarşılayırıq. Stadiona gələnlər bizim sadiq azarkeşlərimiz olacaq".

Qeyd edək ki, iyulun 22-də Soçidə keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi