"Keşlə"nin hücumçusuna 3 oyunluq cəza verilib

"Keşlə"nin hücumçusuna 3 oyunluq cəza verilib AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Anatol Abanqı 3 oyunluq cəzalandırıb.
Futbol
17 Sentyabr , 2021 13:35
Keşlənin hücumçusuna 3 oyunluq cəza verilib

AFFA İntizam Komitəsi "Keşlə"nin futbolçusu Anatol Abanqı 3 oyunluq cəzalandırıb.

"Report" xəbər verir ki, buna kamerunlu hücumçunun evdə “Zirə”yə 0:2 hesabı ilə uduzduqları matçın 28-ci dəqiqəsində “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.

Paytaxt klubu isə 2 400 manat ziyana düşüb.

“Sabah” – “Qəbələ” oyununda (0:2) isə meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün paytaxt təmsilçisi 800 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi