CAS "Keşlə"nin legionerinin xeyrinə qərar çıxarıb

CAS "Keşlə"nin legionerinin xeyrinə qərar çıxarıb "Dekabrda Çin klubundan pulumu ala biləcəyimi düşünürəm"
Futbol
7 Oktyabr , 2021 12:59
CAS Keşlənin legionerinin xeyrinə qərar çıxarıb

İdman Arbitraj Məhkəməsi (CAS) Çinin "Nantonq Jiun" klubu ilə hazırda "Keşlə"də çıxış edən futbolçu Anatol Abanq arasındakı mübahisəli məsələyə baxıb.

Bu barədə "Report"a kamerunlu hücumçunun özü məlumat verib. 25 yaşlı forvard CAS-ın onun xeyrinə hökm çıxardığını bildirib.

Abanq hələlik detalları tam açıqlaya bilməyəcəyini söyləyib: "Vəkilim mənə lazımi məlumatları verəcək. Dekabrda Çin klubundan pulumu ala biləcəyimi düşünürəm".

Qeyd edək ki, Anatol Abanq "Keşlə"də 2020-ci ilin dekabrından çıxış edir. O, "Nantonq Jiun" klubunun formasını 2019-cu ildə geyinib. Forvard ona 3 aylıq borcun qaldığını və Çin klubunun müqavilə şərtlərini yerinə yetirmədiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi