“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb.
Futbol
8 Aprel , 2019 12:30
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun istefası qəbul olunmayıb.

Bu barədə “Report”a klubdan məlumat verilib. Paytaxt təmsilçisinin rəhbərliyi 48 yaşlı mütəxəssislə yola davam etməyi məqsədəuyğun sayıb. T.Əhmədov bu gün "ASK Arena"da komandanı məşqə çıxarıb.

Qeyd edək ki, Premyer Liqanın XXIII turunda səfərdə “Sumqayıt”a 1:2 hesabı ilə uduzan “Keşlə” sonuncu – 8-ci pilləyə düşüb. T.Əhmədov oyundan sonra təşkil edilən mətbuat konfransında uğursuz nəticələr səbəbi ilə postunu tərk etmək istədiyini, bununla bağlı rəhbərliklə görüşəcəyini deyib. 

Son xəbərlər

Orphus sistemi