"Keşlə"nin baş məşqçisi: “Rəqibimiz çox güclüdür”

"Keşlə"nin baş məşqçisi: “Rəqibimiz çox güclüdür” “Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” komandası Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, hətta “Soçi” komandasından da güclü rəqib düşsəydi belə, inanımız heç zaman itməməlidir".
Futbol
16 İyun , 2021 16:49
Keşlənin baş məşqçisi: “Rəqibimiz çox güclüdür”

“Potensial rəqiblərdən ən güclüsü düşdü. Bildiyiniz kimi, “Soçi” Rusiya Premyer Liqasında çıxış edir. İstənilən halda, rəqibin kimliyindən asılı olmayaraq, inanımız heç zaman itməməlidir".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Rusiyanın "Soçi" klubuna rəqib olmaları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

41 yaşlı mütəxəssis UEFA Konfrans Liqasında çıxış etdiklərinə görə çox xoşbəxt olduğunu bildirib: "Belə görünə bilər ki, “Soçi” komandası bizə rəqib olduğuna görə məyus olmuşuq, ancaq bu, belə deyil. Çalışacağıq ki, mərhələni keçək. Ən əsası odur ki, inamımız daim bizimlədir”.

Qeyd edək ki, Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-də, cavab görüşləri isə bir həftə sonra olacaq.

Son xəbərlər

Orphus sistemi