"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdir"

"Keşlə"nin baş məşqçisi: "Rəqib yaxşı futbolçulara malikdir" "Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq".
Futbol
10 Avqust , 2020 16:40
Keşlənin baş məşqçisi: Rəqib yaxşı futbolçulara malikdir

"Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya "Laçi"si ilə matçı dəyərləndirərkən deyib. 

Mütəxəssis artıq rəqibi analiz etməyə başladıqlarını söyləyib. İsmayılov "Laçi"nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: "Bütün xəttlərdə güclü oyunçuları var”.

Qeyd edək ki, "Keşlə" - "Laçi" matçı avqustun 27-də "ASK Arena"da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi