"Keşlə"nin baş məşqçisi: "Heç-heçə üzücü nəticədir"

"Keşlə"nin baş məşqçisi: "Heç-heçə üzücü nəticədir" "Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi".
Futbol
530
4 Dekabr , 2021 19:13
Keşlənin baş məşqçisi: Heç-heçə üzücü nəticədir

"Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi".

"Report"un məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Səbail" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, gözlənilməz qırmızı vərəqədən sonra qələbəni əldən veriblər: "Üzücü nəticədir. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Amma çalışacağıq ki, komandanı toparlayaq".

O, komandasının ilk hissədə sərgilədiyi oyundan razı qaldığını söyləyib: "Tablodakı nəticə bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam".

Son xəbərlər

Orphus sistemi