"Keşlə" Litva millisinin futbolçusunu transfer edib

"Keşlə" Litva millisinin futbolçusunu transfer edib Bakı. 18 avqust. REPORT.AZ/ Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.
Futbol
18 Avqust , 2018 12:51
Keşlə Litva millisinin futbolçusunu transfer edib

Bakı. 18 avqust. REPORT.AZ/ Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Klubdan “Report”a verilən məlumata görə, paytaxt təmsilçisi litvalı Edvinas Girdvainislə anlaşıb.

25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Litva millisinin futbolçusu karyerası ərzində vətənində "Ekranas", İspaniyanın "Marbelya", Polşanın "Pyast", Rusiyanın "Tom" və İsrailin "Hapoel" (Təl-Əviv) komandalarının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi