"Keşlə" klubu Kamran Ağayevlə bağlı iddialara münasibət bildirib

"Keşlə" klubu Kamran Ağayevlə bağlı iddialara münasibət bildirib Bakı. 23 noyabr. REPORT.AZ/ Keşlə klubu Azərbaycan milli komandasının heyətində xəsarət alan qapıçı Kamran Ağayevin zədəsinin ciddi olmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Futbol
23 Noyabr , 2018 14:32
Keşlə klubu Kamran Ağayevlə bağlı iddialara münasibət bildirib

Bakı. 23 noyabr. REPORT.AZ/ "Keşlə" klubu Azərbaycan milli komandasının heyətində xəsarət alan qapıçı Kamran Ağayevin zədəsinin ciddi olmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "Report"a açıqlamasında, təcrübəli qolkiperin MRT müayinəsi nəticəsində sağlam olduğunun üzə çıxmasına dair xəbərləri təkzib edib.

O, 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb. S.Məmmədov yığmanın düşərgəsindən zədəli qayıdan təcrübəli qapıçının həkim nəzarətində olduğunu və hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Klub rəsmisi Azərbaycan Premyer Liqasının XII turunda "Qəbələ" ilə keçirəcəkləri matçda qapıda Davud Kəriminin duracağını əlavə edib.

Qeyd edək ki, Kamran Ağayev UEFA Millətlər Liqasının V turunda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının Farer adalarını 2:0 hesabı ilə məğlub etdiyi matçında xəsarət alıb. İkinci hissədə əvəzlənən Ağayev Kosovoya 0:4 hesabı ilə uduzduqları qarşılaşmada iştirak edə bilməyib. 

Son xəbərlər

Orphus sistemi