"Keşlə" ilə vidalaşan futbolçu Ukraynada oynamaq istəyir

"Keşlə" ilə vidalaşan futbolçu Ukraynada oynamaq istəyir Ötən ilin noyabrında "Keşlə"dən ayrılan braziliyalı futbolçu Alvaro Tavareş müqavilə ilə məxsus olduğu Ukrayna "Lvov"una qayıdıb.
Futbol
20 Yanvar , 2021 12:10
Keşlə ilə vidalaşan futbolçu Ukraynada oynamaq istəyir
Alvaro Tavareş

Ötən ilin noyabrında "Keşlə"dən ayrılan braziliyalı futbolçu Alvaro Tavareş müqavilə ilə məxsus olduğu Ukrayna "Lvov"una qayıdıb.

"Report"un məlumatına görə, bu barədə "footboom" nəşrinə açıqlamasında 26 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

O, Lvov təmsilçisində qalmaq istədiyini və bu mövsüm komandasına vacib hədəflərə çatmaqda kömək etməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, "Keşlə"nin heyətində 6 oyun keçirən Alvaro Tavareş 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi